<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İman edib, qəbul etmək insan üçün çoxmu çətin?
 Allah istər yaratdığı bir çiçək belə solmasın.
 Allah səni yaratmışdır, sən Allaha qarşı çıxma,
 «Allahsız bir heçdir insan» deyən dillər yox olmasın.

[C1]
   Min hiyləylə var - dövlətə sahib olan qoy anlasın -
   Onun yeri cəhənnəmdir, varında gözü qalmasın.
   Allah səni yaratmışdır, sən Allaha qarşı çıxma,
   «Allahsız bir heçdir insan» deyən dillər yox olmasın.

[V2]
 «İsa Rəbdir» deyəni söyüb daş - qalaq edənlər,
 Bunca insan övladı gərək daş ürəkli olmasın.
 Əriyəcək daş ürəklər Allahın Öz qüdrətiylə,
 Canı Allahdan olan gərək naxələf olmasın.

[C2]
   Kim ki sevir öz canını, o itirər öz canını,
   Rəbbi sevən lütf qazanar, buna heç şübhən olmasın.
   Əriyəcək daş ürəklər Allahın Öz qüdrətiylə,
   Canı Allahdan olan gərək naxələf olmasın.</lyrics>
<title>İman edib, qəbul etmək insan üçün çoxmu çətin? İL319</title>
<hymn_number>319</hymn_number>
</song>